logo

Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edilmişdir


Yaradılıb: 19-06-2012 14:57

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Yevlax şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə tender elan etmişdir. Azərbaycan Hökumətinin  iştirak payı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin krediti hesabına maliyyələşdirilən layihə çərçivəsində Yevlax şəhərinin su təchizatı və kanalizasiya infrastrukturu yaxşılaşdırılacaq.

 Layihəyə əsasən, Yevlax şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin tutumu 5000 kubmetr olan 2 su anbarı tikiləcək,  yüksəksıxlıqlı polietilen borularla 34,5 kilometr uzunluğunda magistral, 124 kilometr uzunluğunda paylayıcı su xətti çəkiləcək, yanğın hidrantları quraşdırılacaq.  Yevlax şəhərində kanalzasiya infrastrukturunu yaxşılaşdırmaq məqsədi ilə yüksəksıxlıqlı polietilen borularla 129 kilometr kanalizasiya xətti çəkiləcək, 7 kilometr uzunluğunda kanalizasiya kollektoru tikiləcək. Çirkab suların normal axınını təmin etmək üçün 15 kanalizasiya-nasos stansiyası yaradılacaq.

  Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada  təqdim etməli, müsabiqədə iştirak üçün 150 manat və ya 200 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini  30 iyul 2012-ci il tarixədək “Azərsu” ASC-yə təqdim edə bilərlər.