logo

Bakının Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 14-06-2012 11:36

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti boyunca çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması və siyirtmələrin quraşdırılması işləri aparılır. Bununla əlaqədar iyun ayının 14-15-də paytaxtın Yasamal və Səbail rayonlarının bəzi yerlərinə - Mətbuat və Parlament prospektlərinə, Zahid Xəlilov küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.  

     Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.