logo

Bakının Nəsimi, Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 13-06-2012 10:37

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu ərazisində - Azadlıq prospekti ilə T.Əliyev və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsində 300 mm diametrli magistral xəttin 80 metrlik hissəsi yeni borularla əvəzlənir. Bununla əlaqədar iyun ayının 13-də gün ərzində paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.  

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.