logo

"Azərsu" ASC işçi qəbulu elan edir


Yaradılıb: 07-06-2012 15:07

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə sıx əməkdaşlıq edir. “Azərsu” ASC Azərbaycan Hökumətinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi” çərçivəsində Naftalan, Bərdə, Yevlax, Xızı və Qobustan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərdə tikintiyə texniki nəzarəti həyata keçirmək üçün müvafiq ixtisaslı işçilərin işə qəbulunu elan edir.

 Bu kateqoriyadan olan işçilər  tikinti-quraşdırma işlərinə gündəlik texniki nəzarət edir, bu zaman qarşıya çıxa biləcək problemlərlə əlaqədar akt tərtib edərək sifarişçini müvafiq şəkildə məlumatlandırır, podratçı tərəfindən görülmüş tikinti-quraşdırma işlərinin bağlanmış müqavilələrin texniki tələblərinə və layihəyə uyğunluğunu yoxlayır və ortaya çıxa biləcək qüsurlarla bağlı texniki rəy verir.

  Tələblərə görə namizədlərin inşaat mühəndisliyi üzrə ali təhsili və bu sahədə minimum 2 il iş təcrübəsi olmalıdır. Namizədlər inşaat norma ve qaydalarını, tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir.

 Müsabiqə zamanı adıçəkilən şəhərlərdə yaşayanlara və  ingilis dilini bilənlərə üstünlük veriləcək.

 Maraqlananlar şəxsi məlumatlarını (CV) hr@azersu.az e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün əlaqə telefonu (012) 431-47-67.