logo

Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 31-05-2012 09:26

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində yeni çəkilmiş 500 mm diametrli magistral xəttin şəbəkəyə birləşdirilməsi işləri aparılır. Bununla əlaqədar may ayının 31-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov  rayonlarının bir hissəsinə - Vaqif prospekti, S.Vurğun,  Xan Şuşinski,  M.Qaşqay, C.Hacıbəyli, F.X.Xoyski küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.  

   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.