logo

İçməli su və kanalizasiya xidmətləri istifadəçilərinin sayı artmışdır


Yaradılıb: 24-05-2012 14:13

  2012-ci ilin birinci rübündə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xidmət göstərdiyi abunəçilərin sayı 7716 abunəçi və ya 0,7 % artmışdır. 01 aprel 2012-ci il tarixinə olan məlumata görə, ölkə üzrə 1 093 680 abunəçi su  və  kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata  alınmışdır.  İstehlakçıların 97 %-ni əhali, 3 %-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. 2012-ci ilin yanvar-mart aylarında abonent sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş vermişdir.

 “Azərsu” ASC istehlakçıların su sayğacları ilə təmin olunmasına da xüsusi diqqət yetirir. 2012-ci ilin birinci rübündə 11 548 abunəçi sayğacla təmin olunmuşdur. Bununla da ölkə üzrə sayğaclı abunəçilərin sayı 523 919-a çatmışdır. Hazırda abunəçilərin 48,5 faizi sayğacla təmin olunub.