logo

Səbail Sukanal departamenti yeni ünvanda fəaliyyət göstərir


Yaradılıb: 23-05-2012 13:08

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır ki,   “Bakı Sukanal” İdarəsinin Səbail Sukanal departamentinin ünvanı dəyişmişdir. Bakı şəhəri Səbail rayonu Ö. Nemanzadə küçəsi 68 ünvanında fəaliyyət göstərmiş Səbail Sukanal Departamenti hazırda yeni ünvanda - Səbail rayonu Ə. Yaqubov küçəsi 83-də yerləşir. Su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı abunəçilər yeni ünvana müraciət edə bilərlər. Əlaqə telefonu: (012) 491-49-90