logo

İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüşü keçirilmişdir


Yaradılıb: 21-05-2012 16:56

                 

  “Azərsu” ASC-nin rəhbərliyinin İslam İnkişaf Bankının (İİB) Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşü keçirilmişdir. Görüşdə İİB ilə “Azərsu” ASC arasında 6 rayonda -  Astara, Daşkəsən, Samux, Gədəbəy, Qazax və Tərtər rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə maliyyələşmə məsələləri müzakirə edilmişdir.

 “Azərsu” ASC-nin xarici sərmayələr üzrə sədr müavini İlqar Tağıyev İslam İnkişaf Bankının Azərbaycanda həyata keçirilən investisiya layihələrində yaxından iştirakını xatırladaraq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında bankın əməkdaşlığını yüksək qiymətləndirmişdir.Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən İslam İnkişaf Bankının nümayəndə heyətinin rəhbəri Papa Sy təmsil etdiyi qurumun su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə dəstək verməkdə maraqlı olduqlarını bildirmişdir.

  Qeyd edək ki, keçirilən görüşlərdə kredit sazişinin şərtləri razılaşdırılacaq və səfərin sonunda Azərbaycan hökuməti ilə İslam İnkişaf Bankı arasında kredit sazişi imzalanacaq. Layihəyə əsasən Astara, Daşkəsən, Samux, Gədəbəy, Qazax və Tərtər rayonlarında ümumilikdə 320 min nəfər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin ediləcək, həmin şəhərlərin kanalizasiya sistemləri yenidən qurulacaq. İşlərin qısa müddətdə icra olunması üçün “Azərsu” ASC kreditin ayrılmasını gözləməyərək İslam Bankının razılığı ilə Azərbaycan hökumətinin vəsaiti hesabına həmin şəhərlər üzrə layihə işlərini həyata keçirmişdir. Bu layihənin icrası əhalinin içməli suya olan təlabatının yaxşılaşdırmaqla  yanaşı,  7 minə qədər  yeni iş yerinin açılmasına imkan yaradacaq.