logo

Bakının Sabunçu və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 18-05-2012 10:31

   “Azərsu”  Açıq  Səhmdar  Cəmiyyəti  istehlakçıların diqqətinə çatdırır ki, “+ 126 Qaraçuxur” su anbarını qidalandıran 700 mm diametrli magistral su kəmərinin Babək prospektindən keçən hissəsində qəza baş vermişdir. Bununla əlaqədar mayın 18-də gün ərzində  Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə - Bakıxanov, Qaraçuxur, Sabunçu və Əmircan qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.