logo

Aprel ayında "Qaynar Xətt"ə 343 müraciət daxil olmuşdur


Yaradılıb: 11-05-2012 15:08

 2012-ci ilin aprel ayında “Azərsu” ASC-nin 955 saylı “Qaynar Xətt”inə abunəçilər tərəfindən 343 müraciət daxil olmuşdur və zənglərin əksəriyyəti Bakı şəhərində yaşayan vətəndaşlar tərəfindən edilmişdir. Müraciətlərin təqribən 58,3 faizi və ya 200-ü su xətlərindəki qəza ilə bağlı olmuşdur. Ötən ay “Azərsu” ASC-nin “Qaynar xətt”inə suyun verilməməsi ilə əlaqədar 93, kanalizasiya sistemindəki tutulmalarla bağlı isə 50 zəng olunmuşdur. Aprel  ayında suyun tərkibi ilə bağlı abunəçilər tərəfindən müraciət daxil olmamışdır.  Müraciətlərin sayı mart ayı ilə müqayisədə 126 zəng və ya 26,8 faiz azalmışdır. Qeyd edək ki, bildirişlərin çatdırılması, sayğac problemləri və ödənişlərlə bağlı “Qaynar Xətt”ə edilən müraciətlər yerli Sukanal  idarə və departamentlərinə yönləndirilir.

 “Azərsu” ASC-nin “Qaynar xətt”inə edilən 343 müraciətin hamısı  Səhmdar Cəmiyyətin müvafiq bölmələri tərəfindən araşdırılmış və problemlər öz həllini tapmışdır.