logo

Bakı şəhəri və Abşeron rayonunun bəzi qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 10-05-2012 16:16

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir. Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən  “ Maştağa” anbarına su nəql edən 2 magistral xəttin birində yenidənqurma və təmir işləri aparılır. Bununla əlaqədar 10 may saat 22:00-dan 12 may saat 22:00-dək Abşeron rayonunun Bağlar massivinə, Digah, Mehdiabad, Goradil qəsəbələrinə, eləcə də Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarının bəzi hissələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.  

 Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.