logo

“İşçilərin mənəvi və fiziki sağlamlığı uğrunda” devizi altında keçirilmiş Spartakiada başa çatmışdır


Yaradılıb: 07-05-2012 14:38

            

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları arasında “İşçilərin mənəvi və fiziki sağlamlığı uğrunda” devizi altında keçirilmiş VIII Spartakiada başa çatmışdır. Spartakiadada “Azərsu” ASC-nin 270-dək əməkdaşı idmanın  6 növündə - mini-futbol, şahmat, dama, nərd, stolüstü tennis və daşqaldırma üzrə qüvvəsini sınamışdır.

  Spartakiadanın bağlanış mərasimində çıxış edən “Azərsu” ASC sədrinin müavini Mahir Məmmədov dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bədən tərbiyəsi  və idmanın inkişafına göstəridiyi diqqət və qayğı nəticəsində Azərbaycanda idmanın kütləviləşdiyini bildirmişdir. Dövlət başçısının 2012-ci ili "İdman ili" elan etməsi ilə əlaqədar ölkədə genişmiqyaslı idman yarışları keçirilir: “Spartakiadada Səhmdar Cəmiyyətin yerli idarə və müəssisələrinin, rayonlardakı təşkilatlarının əməkdaşlarının fəal iştirakı fərəhləndirici haldır. Bu da idman yarışlarının getdikcə kütləviləşməsindən xəbər verir. Hesab edirəm ki,  belə idman tədbirlərinin tez-tez keçirilməsi vacibdir. Su təsərrüfatı  işçilərinin idmanla məşğul olması üçün hər cür şərait yaradılır  və bundan sonra da yaradılacaq.”

  Daha sonra fərdi və komanda yarışlarında qaliblərin adları açıqlanmışdır. Spartakiadanın nəticələrinə görə Səmirxan Rzayev şahmat, İqbal Adilov dama, Qafar Mədətov stolüstü tennis, Namiq Fərgüzarov nərd, Eynulla Qərənizadə daşqaldırma üzrə yarışlarda birinci yeri tutmuşdur. Mini-futbol turnirinin qalibi “Kür Su Kəmərləri” İdarəsinin komandası olmuşdur. Ümumi komanda hesabında isə “Azərsu” ASC-nin Aparatının komandası ən yüksək nəticələr göstərərək birinici yeri tutmuşdur.

  Tədbirin sonunda yarışlarda fərqlənən idmançılar fəxri fərman və pul mükafatı ilə təltif olunmuşdur.