logo

Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 02-05-2012 09:29

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir. Abunəçilərin fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu Vaqif prospektində yeni çəkilmiş magistral su xəttinin (diametri 500 mm) şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar mayın 2-də gün ərzində Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (S. Vurğun, S. Rüstəm, M.Qaşqay, C.Hacıbəyli, X. Şuşinski, Ə. Qasımzadə küçələrinə, Vaqif və Azadlıq  prospektlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.