logo

Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 28-04-2012 10:59
               
 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir. Abunəçilərin fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nərimanov  rayonu Xətai prospektində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar aprelin 28-29-da paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə (M.Qaşqay, C.Hacıbəyli, Təbriz küçələrinə, Xətai prospektinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.