logo

Bakının bəzi kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 24-04-2012 10:37

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması və yay rejiminə hazırlıqla əlaqədar kompleks tədbirləri davam etdirir. Təsdiq olunmuş proqrama uyğun olaraq aprelin 24-də Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Maştağa Su anbarına su nəql edən iki magistral kəmərin birində təmir-bərpa işləri aparılacaq. Yenidənqurma işləri çərçivəsində magistral kəmərin vəziyyəti yoxlanılacaq, təmirə ehtiyac olan hissələr bərpa ediləcək, nasaz siyirtmələr yeniləri ilə əvəzlənəcək. Bununla əlaqədar aprelin 24-də Mehdiabad, Digah, Pirşağı, Məhəmmədi qəsəbələrinə, Bağlar zonası, Sovxoz adlanan əraziyə, həmçinin Sabunçu rayonunun şərq hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonəçilərdən üzr istəyir.