logo

Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 16-04-2012 10:25

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir. Həyata keçirilən layihələrə uyğun olaraq magistral su kəmərlərinin yenilənməsi işləri aparılır. Bununla əlaqədar Bakının Nəsimi rayonu Süleyman Rəhimov küçəsində  çəkilmiş  yeni 400 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar işlər həyata keçirilir. Bununla əlqədar aprelin 16-da Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə (Bülbül və Xətai prospektləri, Şeyx Şamil, S. Rəhimov, C. Hacıbəyli küçələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.