logo

Bakının Yasamal rayonunda yeni magistral su kəmərinin tikintisinə başlanılmışdır


Yaradılıb: 13-04-2012 14:15

                

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri və yay rejiminə hazırlıqları davam etdirir. Tədbirlər Proqramına uyğun olaraq paytaxtın bir sıra ərazilərində  mövcud xətlərdə təmir-bərpa və yeni xətlərin çəkilməsi işləri aparılır. Bu məqsədlə paytaxtın Yasamal rayonu İ.Qutqaşenli küçəsindən keçən, uzun müddət istifadədə olan, yararsız su borularının dəyişdirilməsinə başlanılmışdır. İstehlakçıların içməli su təchizatının daha da yaxşılaşdırmaq və itkilərin qarşısını almaq məqsədi ilə küçə boyunca 1450 metr uzunluğunda çuqun borulardan ibarət mövcud magistral su kəməri 500 mm diametrli polietilen borularla əvəzlənir. Buna paralel olaraq ətraf küçələri və məhəllələri içməli su ilə təmin etmək üçün marşrut boyunca 250 mm diametrli polietilen borularla 800 metr uzunluğunda köməkçi su xətti də çəkilir.

  Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin aprel ayının sonuna qədər tam başa çatdırılması nəzərdə tutulur. Bununla da Yasamal rayonu İ.Qutqaşenli küçəsi və ona yaxın ərazilərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq və su itkilərinin qarşısı alınacaq.