logo

Təmir-profilaktika işləri ilə əlaqədar içməli su təchizatında məhdudiyyətlər olacaq


Yaradılıb: 10-04-2012 10:20

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Təsdiq olunmuş Tədbirlər proqramına uyğun olaraq yay rejiminə hazırlıqla əlaqədar içməli suyu mənbələrdən Abşeron yarımadasına nəql edən magistral kəmərlərdə təmir-profilaktika işlərinə başlanılmışdır. Bu məqsədlə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Maştağa Su anbarına su nəql edən iki magistral kəmərin birində təmir-bərpa işləri aparılır. Yenidənqurma işləri çərçivəsində magistral kəmərin vəziyyəti yoxlanılır, təmirə ehtiyac olan hissələr bərpa edilir, nasaz siyirtmələr yeniləri ilə əvəzlənir. Bununla əlaqədar aprelin 10-da Saray, Mehdiabad, Novxanı bağları ərazisinə, həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

  Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.