logo

“Azərsu” ASC-nin idarə və müəssisələrində iməciliklər keçirilmişdir


Yaradılıb: 07-04-2012 11:53

             

  “Azərsu” Acıq Səhmdar Cəmiyyəti ekoloji vəziyyətin yaxşılaşdırılması və abadlıq işlərinə xüsusi diqqət yetirir.  Aprelin 7-də “Azərsu” ASC-nin bütün idarə və müəssisələrində iməciliklər keçirilmişdir. İməcilikdə Səhmdar Cəmiyyətin bütün idarə və müəssisələrinin kollektivləri fəal iştirak etmişdir.  Ağacəkmə kampaniyasında  2 mindən çox zeytun, şam və digər növ ağac əkilmiş, mərkəzi su anbarlarının, idarə və müəssisələrin ərazisində abadlıq işləri aparılmışdır. Eyni zamanda mövcud ağaclara qulluq göstərilmişdir.

 Yaz mövsümü ilə əlaqədar “Azərsu” ASC-nin istehsalat sahələrinin yaşıllaşdırılması və abadlaşdırılması tədbirləri davam etdiriləcək. Bu məqsədlə aprel ayının qarşıdakı şənbə günlərində də “Azərsu” ASC-nin bütün idarə və müəssisələrində iməciliklərin keçirilməsi nəzərdə tutulur.