logo

“Azərsu” ASC hüquq məsləhətçisi vəzifəsi üzrə işçi qəbulu elan edir


Yaradılıb: 05-04-2012 14:22

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  hüquq məsləhətçisi vəzifəsi üzrə vakant iş yerlərinə işçi qəbulu elan edir. Bu vəzifə üzrə əmək funksiyalarına hüquqi əhəmiyyətli sənədlərin hazırlanması, məhkəmə işlərinin aparılması, mülki-prosessual sənədlərin və müvafiq hüquqi rəylərin hazırlanması daxildir.

   Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

   - 25-40 yaş həddi.

   - Hüquq ixtisası üzrə ali təhsil.

   - Müvafiq ixtisas üzrə 2 illik iş təcrübəsi.

   - Mülki, əmək, inzibati və mülki-prosessual hüquq sahələrində mükəmməl bilik və iş təcrübəsi.

   - Mülki-prosessual sahədə məhkəmə təcrübəsi.

   - Kompyuter biliklərinə malik olmaq (MS office proqramlarında sərbəst işləmək bacarığı).

   - Sənədlərlə yüksək səviyyədə işləmək bacarığı.

  Namizədlər müsabiqə yolu ilə seçiləcək. Maraqlananlar şəxsi məlumatlarını (CV) hr@azersu.az e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat almaq üçün “Azərsu” ASC-nin İnsan resursları şöbəsinə müraciət etmək olar.(tel. 012 431 47 67).