logo

"Qaynar Xətt"ə 2012-ci ilin birinci rübündə 1862 müraciət daxil olmuşdur


Yaradılıb: 03-04-2012 15:36

    2012-ci ilin birinci rübündə “Azərsu” ASC-nin 955 saylı “Qaynar Xətt”inə abunəçilər tərəfindən 1862 müraciət daxil olmuşdur və zənglərin əksəriyyəti Bakı şəhərində yaşayan vətəndaşlar tərəfindən edilmişdir. Müraciətlərin təqribən 62,1 faizi və ya 1156-sı su xətlərindəki qəza ilə bağlı olmuşdur. Yanvar-mart aylarında “Azərsu” ASC-nin “Qaynar xətt”inə suyun verilməməsi ilə əlaqədar 544, kanalizasiya sistemindəki tutulmalarla bağlı isə 151 zəng olunmuşdur. Cari ilin birinci rübündə ən çox müraciət havaların qarlı-şaxtalı keçdiyi fevral ayına təsadüf etmişdir. Sayğacların işləməməsi, şaxtalarla əlaqədar onların sıradan çıxması ilə bağlı müraciətlər isə yerli sukanal idarələrinə (departament) yönəldilmişdir.

   “Azərsu” ASC-nin “Qaynar xətt”inə edilən bütün müraciətlər qeydə alınaraq Səhmdar Cəmiyyətin müvafiq bölmələri tərəfindən araşdırılmış və problemlər öz həllini tapmışdır.