logo

Sumqayıt şəhərində magistral su xəttinin dəyişdirilməsinə başlanmışdır


Yaradılıb: 31-03-2012 12:39

                        

  “Azərsu” Acıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Tədbirlər planına uyğun olaraq Sumqayıt şəhərinin böyuk bir hissəsini  içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsinin dəyişdirilməsinə başlanmışdır. Ceyranbatan Su Anbarından Sumqayıt şəhərini içməli su ilə təmin edən kəmərin 684 metr uzunluğunda metal borulardan ibarət olan hissəsi korroziyaya uğradığından vaxtaşırı su itkiləri yaranırdı. Hazırda həmin   metal borular  polietilen borularla əvəzlənir. Magistral kəmər istismara verildikdən sonra Sumqayıt şəhərinin 17-ci, 18-ci mikrorayonlarının, 42-ci  məhəllə və Corat qəsəbəsinin, ümumilikdə 33 mindən çox sakinin içməli su təchizatı daha da yaxşılaşacaq. Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin aprelin əvvəllərində başa çatdırılması nəzərdə tutulur.