logo

Bakının Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq


Yaradılıb: 30-03-2012 12:07

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır kı, Bakı şəhərinin Nobel prospektində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar paytaxtın Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilişi müvəqqəti dayandırılmışdır. Bununla əlaqədar martın 30-31-də Xətai rayonunun Əhmədli kəndi, Zığ şossesi, “Qara şəhər”, Həzi Aslanov, NZS, UPD yaşayış massivlərinə və Nobel prospektinə içməli suyun verilməsində fasilələr olacaq.     

  Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.