logo

22 mart Dünya Su Günüdür


Yaradılıb: 22-03-2012 10:13
   BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən 22 mart Dünya Su Günü kimi qeyd olunur. Bunula bağlı ilk təklif 1992-ci il iyununda keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında irəli sürülüb. Dünya Su Gününün qeyd olunmasında  məqsəd su resurslarının mənimsənilməsi səviyyəsinin öyrənilməsi, şirin su mənbələrinin çirklənmədən qorunması, içməli sudan qənaətlə istifadə ilə bağlı maarifləndirmənin təmin edilməsidir. BMT-nin proqnozlara görə, 2025-ci ildə dünya əhalisinin 3,2 milyard nəfəri su çatışmazlığından əziyyət çəkəcək.
   Dünya Su Günü ilə əlaqədar hər 3 ildən bir Dünya Su Forumu keçirilir. Sonunucu, 6-cı Dünya Su Forumu 12-17 mart tarixlərində Fransanın Marsel şəhərində keçirilmişdir.
Qeyd edək ki, yer kürəsinin təqribən 71 faizini su təşkil etsə də, bunun cəmi 2,5 faizi isə içməyə yararlıdır. Planetimizdə içməli suyun 2/3-i buzlaqların payına düşür. Çayların payına isə ümumi şirin su ehtiyatlarının cəmi 0,01 faizi düşür.
   Azərbaycanın şirin su ehtiyatları barədə ətraflı məlumatları saytımızın “Su ehtiyatları” bölməsindən əldə edə bilərsiniz.