logo

Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tender elan edilmişdir


Yaradılıb: 15-03-2012 14:26

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində  Gəncə şəhərinin  su təchizatı və  kanalizasiya sistemlərinin yenidən qurulmasının I mərhələsi üzrə tender elan etmişdir. Azərbaycan Hökumətinin Almaniyanın KfW Bankı və  İsveçrənin SECO təşkilatı ilə birgə maliyyələşdirdiyi layihənin I mərhələsi üzrə işlər  Gəncə şəhərinin bir hissəsini əhatə edir. Proqrama uyğun olaraq layihənin əhatə etdiyi ərazilərdə  su təchizatı və kanalizasiya şəbəkələri  yenidən qurulacaq. Çirkab suların normal axınını təmin etmək məqsədi ilə Gəncəçayın sağ sahilində kanalizasiya kollektoru tikiləcək.

  Tenderin  şərtlərinə görə tikinti işləri Avropa standartları əsasında həyata keçirilməlidir. Tenderdə iştirak etmək istəyənlər təkliflərini ingilis dilində təqdim etməli, müsabiqədə iştirak üçün 100 manat və ya 125 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini aprel ayının 27-dək “Azərsu” ASC-yə təqdim edə bilərlər.