logo

Şamaxı şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi üzrə podratçı şirkətlərlə müqavilə imzalanmışdır


Yaradılıb: 13-03-2012 17:09

                 

 “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi üzrə işlərə yaxın vaxtlarda başlanacaq. Layihə üzrə keçirilmiş tenderin qalibi Almaniyanın “BİOWORKS” və yerli “TTŞ İnşaat” MMC şirkətlərindən ibarət konsorsium olmuşdur. Martın 13-də “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Konsorsium arasında tikinti üzrə podrat müqaviləsi imzalanmışdır.

 Müqaviləyə əsasən, Şamaxı şəhərində Çirkab Sutəmizləyici Qurğu tikiləcək. Şamaxı şəhərinin məişət-çirkab suları bioloji-davamlı aerasiyalı aktivləşdirilmiş lil sistemindən ibarət bu qurğuda təmizlənəcək. Çirkab Sutəmizləyici Qurğu ATV-131 standartları əsasında işləyəcək. Məhsuldarlığı sutkada 9,5 min kubmetr olan qurğu  təqribən 50 min nəfər əhaliyə xidmət edəcəkdir. Çirkab Sutəmizləyici Qurğunun tikintisinin 18 aya başa çatdırılması nəzərdə tutulur. 

 Qeyd edək ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin də yenidən  qurulması nəzərdə tutulur.