logo

"Azərsu" ASC-də Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 15-02-2012 15:11

                

 Fevralın 15-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Dünya Bankı Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri layihələrinin icrasının dəstəklənməsi və təklif olunan Hövsan Tullantı Suların Dənizə Axıdılması Layihəsi ilə bağlı danışqların aparılması məqsədi ilə bankın Azərbaycanda səfərdə olan missiyası ilə görüş keçirilmişdir. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən investisiya layihələrində Dünya Bankının yaxından iştirak etməsini yüksək qiymətləndirərək bankın krediti hesabına maliyyələşdirilən layihələrin uğurla icra olunduğunu bildirmişdir.

 Dünya Bankının missiyasının rəhbəri Manuel Marino Azərbaycan hökuməti ilə əmakdaşlıqdan məmnunluğunu bildirmiş və  qeyd etmişdir ki, Dünya Bankı su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində bundan sonra da dəstək verəcəkdir. 

 Görüşdə “Azərsu” ASC üçün institusional gücləndirmə komponenti,  Bakı şəhərinin Regional İnkişaf Proqramının hazırlanması, Hövsan Tullantı Suların Dənizə Axıdılması Layihəsi və digər perspektiv layihələr müzakirə edilmiş, gələcək əməkdaşlıq məsələləri ətrafında  fikir mübadiləsi aparılmışdır.

 Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı arasında imzalanmış Kredit Sazişi çərçivəsində “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” həyata keçirilir. Dünya Bankı  Şamaxı, Qəbələ, Saatlı və Sabirabad rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası üçün kredit ayırmışdır.