logo

Bakının Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 15-02-2012 11:23

 “Azərsu” Acıq Səhmdar Cəmiyyəti istehlakçıların nəzərinə çatdırır ki, Bakı şəhəri Ziya Bünyadov küçəsində 1200 mm-lik magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 15-16 fevral 2012-ci il tarixlərində paytaxtın Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

  Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.