logo

“Azərsu” ASC-nin əməkdaşları treninqdə iştirak etmişdir


Yaradılıb: 14-02-2012 14:43

                                  

  Azərbaycan Höküməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış sazişə əsasən həyata keçirilən Dövlət investisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi çərçivəsində “Layihələrin idarə olunması” mövzusu üzrə 7 moduldan ibarət təlimin birinci modulu başa çatmışdır. Fevralın 6-10-da Xəzər Universitetində təşkil olunan ilk treninqdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 4 əməkdaşı iştirak etmişdir. Treninqdə avropalı mütəxəssislər layihələrin idarəedilməsi mərhələləri barədə geniş məlumat vermişdir. Təlimdə ideyaların formalaşması, məqsədlərin müəyyənləşdirilməsi, planların hazırlanması, layihələrin icrası və qiymətləndirilməsi kimi məsələlər ətraflı izah olunmuş, tövsiyələr verilmişdir.

  Təlimin ilk modulunda  bilik səviyyəsinin yoxlanılması ilə əlaqədar imtahan keçirilmişdir. “Azərsu” ASC-nin əməkdaşları imtahandan müvəffəqiyyətlə keçmişdir. Treninqin yekununda təlimləri müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar veriləcək.