logo

Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsinin təqdimat mərasimi keçirilmişdir


Yaradılıb: 21-12-2011 12:11

             

   Dekabrın 20-də "Azərsu” Açıq Səhmdar Cəmiyyəti  ilə  Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsinin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə bildirilmişdir ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və “Azərsu” ASC ümumi həll layihəsi barədə razılığa gəlmişlər. Layihənin maliyyələşdirilməsi üçün Koreya Hökuməti 26,18 milyon ABŞ dolları məbləğində qrant ayıracaq. Layihə üzrə qalan xərclər isə Azərbaycan hökuməti tərəfindən əlavə maliyyələşmə şəklində təmin olunacaq. Koreya tərəfinin ayırdığı qrant hesabına 2 ədəd su anbarı, nasos stansiyası, 24,8 km uzunluğunda müxtəlif diametrli su, 24,8 km uzunluğunda kanalizasiya xətti çəkiləcək. Eyni zamanda yerli mütəxəssislərin Cənubi Koreyada  təlim proqramlarında iştirakı nəzərdə tutulur.

 Koreyalı mütəxəssislər Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması ilə əhalinin sosial-məişət şəraitinin, Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşacağını bildirmişdir. Bu layihənin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanmışdır.