logo

Bakının kanalizasiya sisteminin işini yaxşılaşdırmaq məqsədi ilə yeni kollektor tikilir


Yaradılıb: 15-12-2011 14:59

                

  “Azərsu” Acıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması və Xəzər dənizinin ekologiyasının daha yaxşı qorunması istiqamətində kompleks tədbirləri davam etdirir. Tədbirlərin tərkib hissəsi olaraq Həsən Əliyev küçəsi boyunca yeni kanalizasiya kollektoru çəkilir. Layihəyə əsasən diametri 1400 mm olan GRP (şüşəlifli) borularla 5872 metr uzunluğunda yeni kollektor çəkilir və 498 metr uzunluğunda tunel qazılır.

  İnşasına 2011-ci ilin ikinci yarısında başlanmış layihənin icrası nəticəsində Nəsimi, Binəqədi və Yasamal rayonları ərazisindən axan çirkab suları toplanaraq özüaxımlı rejimdə birbaşa F.X.Xoyski küçəsindəki Xarici Dairəvi kollektora, buradan isə təmizlənmək üçün Hövsan Aerasiya Stansiyasına ötürüləcək. Bununla da yağıntılı dövrlərdə bu istiqamətdən çirkab suların Xəzər dənizinə axıdılmasının qarşısı tam alınacaq.

   Layihəyə uyğun olaraq yeni kollektorun inşası 2012-ci ilin birinci yarısında yekunlaşacaq.