logo

“Azərsu” ASC-nin kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir


Yaradılıb: 12-12-2011 17:21

                    

   Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatından 8 il keçir. Əbədiyaşar Prezident, Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının səkkizinci ildönümü günü – dekabrın 12-də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri Xiyabanda Ulu öndərin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allah-taaladan rəhmət diləyirlər.

   Dekabrın 12-də “Azərsu” ASC-nin kollektivi Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, Ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoymuş, onun ruhunu ehtiramla yad etmişdir.