logo

Bakının Nəsimi,Yasamal,Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Yaradılıb: 05-12-2011 09:29

 E L A N

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Həyata keçirilən layihələrə uyğun olaraq məhəllədaxili su xətlərinin yeni çəkilmiş magistral kəmərlərə qoşulması işləri aparılır. Bununla əlaqədar 05-06 dekabr tarixlərində Bakının Nəsimi, Yasamal, Nərimanov rayonlarının bir hissəsinə - Ş. Əzizbəyov, M. Topçubaşov, Mərdanov qardaşları, A.Qurbanov, S.Rəhimov, S.Vurğun, M.Füzuli  küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

   Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.