logo

Bakının Səbail rayonuna içməli suyun verilməsində fasilələr olacaq


Yaradılıb: 29-11-2011 10:46

 E L A N

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların nəzərinə çatdırır ki, Səbail rayonunun Neftçilər prospektində (Funikulyorun yaxınlığında) aparılan tikinti işləri ilə əlaqədar  magistral su xətlərinin köçürülməsi işləri həyata keçirilir. Bununla əlaqədar noyabrın 29-da gün ərzində Səbail rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
   Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.