logo

Bakının Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq


Yaradılıb: 24-11-2011 11:28

   E L A N

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Həyata keçirilən layihələrə uyğun olaraq Yasamal rayonu ərazisində məhəllədaxili şəbəkələrin yeni çəkilmiş magistral kəmərlərə qoşulması işləri aparılır. Bununla əlaqədar qarşıdakı bir neçə gün ərzində Bakının Yasamal, həmçinin Səbail rayonunun bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq.

   Yaranmış narahatlıqla  əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.