logo

Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi layihəsi


Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Layihə 2035-ci  ilədək perspektiv inkişaf  nəzərə alınmaqla Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Layihənin birinci mərhələsi üzrə işlərə 2017-ci ilin iyul ayında başlanmışdır. Layihəyə əsasən, Xırdalan şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Ceyranbatan-Zirə magistral su xətti üzərində hər birinin tutumu 10 min kubmetr olan 2 ədəd su anbarının və anbarlardan şəhərə qədər 1000 mm diametrli borularla 4,5 km magistral su xəttinin tikintisi nəzərdə tutulur.

Xırdalan şəhərində 168 km olan paylayıcı su şəbəkəsinin, 109 km uzunluğunda kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulmuşdur. Hazırda su və kanalizasiya şəbəkələrinin tikintisi intensiv qaydada davam etdirilir. Layihənin birinci mərhhələsi üzrə tikinti-quraşdırma işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır. Layihənin növbəti mərhələsində Xırdalan şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi tamamlanacaq.