logo

Suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qruplarının əməkdaşları üçün təlim keçirilib


      

Abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, istehlak edilən suyun dəqiq uçotunun aparılması və itkilərin qarşısının alınması məqsədilə “Azərsu” ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi tərəfindən suölçən cihazların quraşdırılması işləri həyata keçirilir. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, qarşıya çıxan problemlərin vaxtında və operativ həllini  həmin etmək üçün Nəzarət Ölçü Cihazları İdarəsində təlimlər keçirilib.

      

Təlimlərdə rayon sukanal idarələrinin Suölçən Cihazların Quraşdırılması, Təmiri və İstismarına Nəzarət qruplarında çalışan 260-dək əməkdaş iştirak edib. İştirakçılara bu sahədə  fəaliyyətin əsas prinsip və istiqamətləri, vəzifə öhdəlikləri, hüquqları və məsuliyyəti  barədə bilgilər verilib, müvafiq təlimat hazırlanıb işçi heyətin diqqətinə çatdırılıb. Eyni zamanda, vətəndaş məmnunluğuna nail olmaq üçün işçilərə nəzakətli davranış keyfiyyətləri aşılanıb.

Qeyd edək ki, Nəzarət Ölçü Cihazları İdarəsində vəzifə təlimatlarının hazırlanması və işçi heyətinin seçimində müvafiq bilgi və bacarıqlarla yanaşı, nəzakətli davranış keyfiyyətlərinə də xüsusi önəm verilir.