logo

Aztəminatlı işçilərə bayram sovqatı paylanıb


      

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilir. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və  Yeni il bayramı münasibəti ilə Səhmdar Cəmiyyətdə çalışan aztəminatlı işçilərə bayram sovqatı paylanıb.

Bu münasibətlə  keçirilən tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində 2019-cu ildə ölkəmizdə dinamik inkişaf təmin olunub, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. 2019-cu ildə ölkə əhalisinin içməli su təminatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması baxımından da əlamətdar olub. İl ərzində  Bakı şəhəri və regionlarda içməli su  və kanalizasiya layihələrinin icrası davam etdirilmiş, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib.

      

Qeyd olunub ki, həyata keçirilən bu cür sosial tədbirlər vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.

Tədbirdə “Azərsu” ASC-nin idarə, müəssisə və təşkilatlarında işləyən 300 nəfərdən ibarət aztəminatlı işçiyə  ərzaq məhsullarından ibarət bayram sovqatı verilib. Eyni zamanda, azyaşlı övladı olan işçilərə yeni il şənlikləri üçün biletlər paylanıb.

Aztəminatlı ailələrdən olan işçilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.