logo

Səbail rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq


Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən  500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb. Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək. 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.