logo

Yerli layihələr


“Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”

   “Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi dövlət büdcəsi hesabına həyata keçirilib. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 46 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

   Layihənin icrasına  2011-ci ildə  başlanılmışdır. Quba şəhərini  və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Qudyalçayın məcrasında məhsuldarlığı saniyədə 200 litr, uzunluğu 2435 metr olan drenaj tipli suqəbuledici qurğu tikilmiş, 6450 uzunluğunda 2 magistral su kəməri çəkilmişdir. Əhaliyə verilən suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə məhsuldarlığı sutkada 30 min kubmetr olan müasir sutəmizləyici qurğu tikilmişdir.

   Layihə çərçivəsində Quba şəhərində ümumi tutumu 14 min kubmetr olan 4 ədəd su anbarı, 190 km içməli su, 130 km kanalizasiya şəbəkəsi inşa edilmiş, hər bir abonentə ev birləşməsi verilərək sayğaclar quraşdırılmışdır. Layihəyə uyğun olaraq Quba Sukanal İdarəsi üçün yeni inzibati bina tikilmişdir.

   Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası 2013-cü ildə başa çatmışdır. 18 sentyabr 2013-cü il də Prezident İlham Əliyevin iştirakı ilə layihənin açılış  mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur.

   Şəhərdə yaranan tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək  və məhsuldarlığı sutkada 70 min kubmetr layihələndirilən  tullantı sutəmizləyici qurğuda təmizlənin kənarlaşdırılacaqdır.

   Layihə çərçivəsində 10 min nəfərədək əhalinin yaşadığı Qırmızı Qəsəbə, Timiryazev və Mirzəməmməd kəndlərinə də içməli suyun verilməsi təmin edilmişdir. 

 

   “Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya  sistemlərinin yenidən qurulması layihəsi”

  “Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Layihə  2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 30 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

   Hacıqabul şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2011-ci ildə başlanılmışdır. Şəhərin su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilmişdir. 

  Hacıqabul şəhərinin dayanıqlı su təchizatı məqsədilə, ümumi tutumu 7500 kubmetr olan 2 su anbarı, 8,8 km magistral su xətləri tikilmişdir. Şəhər ərazisində 115 km içməli su şəbəkəsi yaradılmış, hər bir abonentə ev birləşməsi verilərək sayğaclar quraşdırılmışdır. Hazırda bütün şəhər əhalisi fasiləsiz  içməli su ilə təmin olunur. Layihə çərçivəsində 3 min nəfər əhalinin yaşadığı Qubalı Baloğlan kəndinə də içməli suyun verilməsi təmin edilmişdir. 16 aprel 2013-cü il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Şirvan-Muğan su kəmərindən Hacıqabul şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. 

  Şəhərdə yaranan tullantı suları gələcəkdə tikiləcək və məhsuldarlığı sutkada 24 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaq.

 

“İmişli şəhərinin su təchizatı və kanalizasiya  sistemlərinin yenidən qurulması layihəsi”

  “İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi vəsaiti hesabına  həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla İmişli şəhərində 49 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

 Layihənin icrasına 2011-ci ilin sentyabrında başlanmışdır. İmişli şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün su mənbəyi Beyləqan rayonunun Aşıqallar kəndindəki subartezian quyuları seçilmişdir. Su mənbəyindən İmişli şəhərinə 31 km magistral su kəməri çəkilmiş, kəmərin marşrutu boyunca yerləşən 5 kəndin hər birinə çıxışlar verilmişdir.

 İmişli şəhərində tutumu 5000 və 1500 kubmetr olan 2 su anbarı tikilmiş  və 28 oktyabr   2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə  İmişli şəhərində su anbarı kompleksinin istifadəyə verilməsi mərasimi keçirilmişdir. 

  Layihəyə əsasən, şəhər ərazisində 168 km içməli su şəbəkəsi inşa edilmiş, hər bir abonentə birləşmə verilərək sayğaclar quraşdırılmışdır. İnşası nəzərdə tutulmuş 141 km-lik kanalizasiya şəbəkəsinin isə  9 km-lik hissəsi tikilmişdir. Layihə çərçivəsində şəhər mərkəzinə yaxın Yalavac kəndinə də su verilməsi təmin edilmişdir. 

   

“Şəmkir şəhərinin su təchizatı və kanalizasiya  sistemlərinin yenidən qurulması layihəsi”

“Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Layihə   2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

 Layihənin icrasına 2011-ci ilin oktyabrında başlanılmışdır. İlkin mərhələdə Cəyir çayının hövzəsində yeni drenaj sistemi yaradılmış, 15 km magistral və anbarlararası  su xətləri inşa edilmişdir. Ümumi tutumu 7000 kubmetr olan 4 ədəd yeni su anbarı tikilmiş, mövcud  2 anbar  əsaslı təmir olunmuşdur. 10 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Şəmkir şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. 

Şəmkir şəhərinin dayanıqlı su təchizatının daha bir mənbə - Şəmkirçay mənbəyi hesabına aparılması məqsədilə 2015-ci ildə su anbarından şəhərə 16,5 km uzunluğunda magistral su kəməri çəkilmişdir.

 Şəmkir şəhərində inşası nəzərdə tutulmuş 250 km şəhərdaxili su şəbəkəsinin, 205 km kanalizasiya şəbəkəsinin böyük hissəsi inşa edilmişdir.  Hazırda şəhər əhalisinin böyük hissəsi yeni yaradılmış şəbəkə vasitəsilə su alır.

 Şəhərdə yaranan tullantı suları gələcəkdə tikiləcək və məhsuldarlığı sutkada 25 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır.

 10 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Şəmkir şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. 

 

  “Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”

 Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 2011-ci ilin oktyabrında “Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlandı. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

 Mingəçevir şəhərini içməli su ilə təmin etmək üçün mənbə olaraq Mingəçevir su anbarı seçilmiş və onun yaxınlığında müasir sutəmizləyici qurğunun inşası layihələndirilmişdir. İlkin mərhələdə burada təbii şəraitdə durulan suyun təmizləyici qurğuya ötürülməsi məqsədilə göldən təmizləyici qurğuya 800 mm diametrli borularla 721 metr uzunluğunda əsas daşıyıcı kəmər inşa edilmişdir. Təmizləyici qurğunun yeri elə seçilmişdir ki, göldə suyun səviyyəsi minimum həddə düşəcəyi halda da buradan təmizləyici qurğuya su özüaxımlı rejimdə ötürüləcəkdir.

 İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə Mingəçevir su anbarının yaxınlığında dəniz səviyyəsindən 55 metr yüksəklikdə məhsuldarlığı sutkada 55 min kubmetr və ya saniyədə 636 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilmişdir. Burada suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Ümumdünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur. Tam qapalı rejimdə işləyən qurğuda suyun giriş və çıxış parametrlərinə sensorların köməyi ilə avtomatik nəzarət olunur. Təmizlənmiş suyun relyef baxımından yüksəklikdə yerləşən anbara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 2100 kubmetr olan nasos stansiyası quraşdırılmışdır.

 Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 85 metr yüksəklikdə tutumu 10 min kubmetr olan su anbarı tikilmişdir. Hazırda qurğuda təmizlənmiş su bu anbara ötürülərək özüaxımlı rejimdə şəhər şəbəkəsinə verilir. Gələcəkdə bu qurğudan Yevlax şəhərinə və ətraf kəndlərə də içməli suyun verilməsi nəzərdə tutulur. Bu məqsədlə Mingəçevir anbarından Yevlax şəhərinə 35 km uzunluğunda yeni magistral kəmərin və hər birinin həcmi 5 min kub metr olan 2 anbarın tikintisi layihələndirilib. 

 Layihə çərçivəsində Mingəçevir şəhərində 344 km içməli su şəbəkəsinin inşası tam başa çatmış və sayğaclaşma işləri davam etdirilir. Hazırda şəhər əhalisi, eləcə də 2 saylı məcburi köçkün qəsəbəsi yeni qurğuda təmizlənən və yeni çəkilmiş şəbəkə vasitəsilə keyfiyyətli içməli su ilə təmin olunur.

27 fevral 2018-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimi keçirilib.

Şəhərdə layihələndirilmiş 236 km kanalizasiya şəbəkəsinin 103 km hissəsi və 21 km uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının optimal idarə olunması məqsədilə ilkin mərhələdə kanalizasiya şəbəkəsi üzərində məhsuldarlığı saatda 1300 kubmetr olan 3 ədəd kanalizasiya nasos stansiyası quraşdırılıb və işlək vəziyyətə gətirilib. Gələcəkdə şəbəkə üzərində müxtəlif nöqtələrdə məhsuldarlığı saatda 3256 kubmetr olan 4 yeni kanalizasiya nasos stansiyasının inşası da nəzərdə tutulur. Mingəçevir şəhərində yaranacaq tullantı suları Yevlax rayonunun   Hacıselli kəndi ərazisində inşası nəzərdə tutulan və məhsuldarlığı sutkada 60 min kubmetr nəzərdə tutulan tullantı sutəmizləyici qurğuda təmizlənərək kənarlaşdırılacaqdır.

Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2 sərəncam imzalanmışdır. 29 avqust 2017-ci il və 07 fevral 2018-ci il tarixdə imzalanmış sərəncamlara əsasən, Mingəçevir şəhərinin su təchizatı sisteminin yenidən qurulması işlərinin başa çatdırılması və kanalizasiya sisteminin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 21,5 milyon manat ayrılmışdır.

 

“Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”

  “Zərdab şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Zərdab şəhərində 13500 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

   Layihənin icrasına 2011-ci ilin avqust ayında başlanmışdır. Zərdab şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Külüllü su mənbəyi seçilmişdir. Su mənbəyində hər birinin tutumu 5000  kubmetr olan 1 ədəd su anbarı, anbar ərazisindən Zərdab şəhərinə 73 km magistral su kəməri çəkilmişdir. 07 oktyabr 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Zərdab şəhərinə suyun verilməsi mərasimi keçirilmişdir.

  Zərdab şəhərində tutumu 2000 kubmetr olan su anbarı,  69 km içməli su şəbəkəsi inşa olunmuş, hər bir abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılmışdır. Hazırda şəhər sakinləri 24 saat fasiləsiz içməli su ilə təmin olunur.

   Zərdab şəhərində inşası nəzərdə tutulan 58 km kanalizasiya şəbəkəsinin  13 km-lik hissəsi tikilmişdir. Zərdab şəhərində yaranan tullantı suları gələcəkdə şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 8000 kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır.

 

 “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”

   “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla   Kürdəmir şəhərində 22,3 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılmasına hesablanmışdır.

    Layihənin icrasına 2011-ci ilin oktyabrında başlanmışdır. Kürdəmir şəhərini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək məqsədi ilə Külüllü su mənbəyi seçilmişdir. Su mənbəyində ümumi tutumu 7500 kubmetr olan 2 ədəd su anbarı, anbar ərazisindən Kürdəmir şəhərinə qədər 26,7 km magistral su  xətti çəkilmişdir. Layihə çərçivəsində inşası nəzərdə tutulan  141 km-lik su şəbəkəsinin tikintisi yekunlaşmış, hər bir abonentə birləşmə verilərək sayğaclar quraşdırılmışdır.

   07 avqust 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. Hazırda şəhərin bütün əhalisi fasiləsiz içməli su ilə təmin olunur.

    Kürdəmir şəhərində inşası nəzərdə tutulan 115 km kanalizasiya şəbəkəsinin 24 km-lik, 6,2 km uzunluğunda mikrotunel tipli kollektorun 1,5 km-lik hissəsi inşa edilib. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması  məqsədilə məhsuldarlığı sutkada 24 min kubmetr olacaq tullantı sutəmizləyici qurğu tikiləcəkdir.

 

 “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”

   Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Ucar  şəhərində 22 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən  istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

 Layihənin icrasına 2011-ci ilin oktyabrında başlanmışdır. Ucar şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Külüllü su mənbəyi seçilmişdir. Su mənbəyində ümumi tutumu 7500 kubmetr olan 2 ədəd su anbarı, anbar ərazisindən Ucar şəhərinə qədər 57 km magistral su kəməri tikilmişdir.

  Ucar şəhərində tutumu 3000 kubmetr olan su anbarı, 120 km su şəbəkəsi inşa edilərək hər bir abonentə ev birləşməsi verilmiş və sayğaclar quraşdırılmışdır. Bununla yanaşı, şəhər mərkəzinə yaxın Gəraybəyli kəndinə və Qarabörk kəndinin bir hissəsinə su verilmişdir. Layihə çərçivəsində Ucar Sukanal İdarəsi üçün yeni müasir inzibati bina tikilmişdir.

 06 oktyabr 2015-ci il tarixdə Prezident İlham Əliyev Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatması münasibətilə təşkil olunan mərasimdə iştirak etmişdir. Hazırda Ucar şəhərinin bütün əhalisi fasiləsiz içməli su ilə təmin olunur.

  Şəhərdə ümumi uzunluğu 88 km olan kanalizasiya şəbəkəsinin 22 km-lik hissəsi tikilmişdir. Şəhərdə yaranacaq tullantı suları şəhərin kənarında inşası davam edən və məhsuldarlığı sutkada 10 min kubmetr olacaq təmizləyici qurğuda təmizlənib zərərsizləşdiriləcəkdir.

 

 “Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”

  “Qax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, Qax şəhərində 16 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

  Layihə üzrə işlərin təməli 2011-ci il noyabrın 17-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Layihəyə əsasən istehlakçıların keyfiyyətli və fasiləsiz içməli su ilə təmin etmək üçün mənbə olaraq Qax rayonunun İlisu qəsəbəsi yaxınlığındakı bulaqlar seçilmiş və burada məhsuldarlığı saniyədə 80 litr olan suqəbuledici qurğu tikilmişdir. Layihə çərçivəsində 21 km magistral və anbarlararası su kəmərləri, hər birinin tutumu 1000  kubmetr olan 6 ədəd su anbarı inşa edilmişdir.

  Qax şəhərində i119 km içməli su şəbəkəsi tikilmiş, abonentlərə ev birləşməsi  verilərək sayğaclar quraşdırılmışdır. 16 avqust 2013-cü il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Qax şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. Layihə çərçivəsində  rayonun Qaxbaş və Qaxingiloy kəndlərinə də içməli su verilmiş və bu kəndlərdə 12 mindən çox sakinin içməli su təchizatı yaxşılaşmışdır.

  Layihəyə uyğun olaraq Qax şəhərində ilk dəfə olaraq kanalizasiya sistemi yaradılmışdır. Bu məqsədlə 86 km kanalizasiya şəbəkəsinin 59 km-lik hissəsində işlər başa çatdırılmışdır.

  Qax şəhərində yaranan tullantı suları gələcəkdə şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 8000 kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır.   

 

“Lənkəran  şəhərinin  su  təchizatı  və  kanalizasiya sistemlərinin yenidən  qurulması” layihəsi

  “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Lənkəran şəhərində 81 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılmasına hesablanmışdır.

  Layihənin icrasına 2011-ci ilin oktyabrında başlanılmışdır. Lənkəran şəhəri və ətraf kəndlər üçün içməli su mənbəyi Xanbulançay su anbarı seçilmiş və anbarın yaxınlığında məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğu inşa olunmuşdur. Layihəyə uyğun olaraq tutumu 10 min kubmetr olan su anbarı və 23 kilometr magistral su kəməri inşa olunmuşdur.

 Lənkəran şəhərində tikintisi nəzərdə tutulan 243 kilometr paylayıcı su şəbəkəsinin işləri yekunlaşmış, hər bir abonentə ev birləşməsi verilərərk sayğaclar quraşdırılmışdır. 05 sentyabr 2013-cü il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Lənkəran şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz içməli su ilə təmin olunur.

  Lənkəran şəhərində inşası nəzərdə tutulan  197 kilometr kanalizasiya xətlərinin 19 kilometrlik hissəsi, 9,7 km mikrotunelin 1,2 kilometrlik hissəsi tikilmişdir. Şəhərdə yaranan tullantı suları gələcəkdə inşa ediləcək və məhsuldarlığı sutkada 40 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır.

 

 “Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”

 “Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişafı nəzərə alınmaqla Biləsuvar şəhərində  23 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanmışdır.

  Layihənin icrasına 2011-ci ildə başlanılmışdır. Biləsuvar şəhərinin və ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilmişdir. Biləsuvar şəhərində ümumi tutumu 10 min  kubmetr olan 2 ədəd su anbarı tikilmişdir.

 Biləsuvar şəhərində ümumi uzunluğu 99 km olan içməli su şəbəkəsi  yaradılmış, hər bir abonentə ev birləşməsi verilərək sayğaclar quraşdırılmışdır.

  04 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə  Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. Hazırda bütün şəhər əhalisi fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunur.

  Biləsuvar şəhərində 91 km kanalizasiya şəbəkəsinin 88 km-lik hissəsində işlər yekunlaşmışdır. Şəhərdə yaranacaq tullantı suları gələcəkdə tikiləcək və məhsuldarlığı sutkada 24 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaqdır.