Facebook Twitter Instagram Youtube Google+
   
“Azərsu” ASC-nin kollektivi Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir
Tarix: 2016-12-12

    

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir.

Əbədiyaşar Prezident, Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 13-cü ildönümü günü - dekabrın 12-də paytaxt sakinləri, respublikamızın şəhər və rayonlarından, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri Xiyabanda Ulu öndərin abidəsini ziyarət etmişlər.

Dekabrın 12-də “Azərsu” ASC-nin kollektivi Fəxri Xiyabana gələrək  Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, ulu öndərin  əziz xatirəsini ehtiramla yad etmişdir. 

 

   
   
Sorğu
955 Qaynar xətt xidmətinin fəaliyyəti sizi qane edirmi?
Tam Qismən Qane etmir