Facebook Twitter Instagram Youtube Google+
   
"Şollar-Bakı Su Qurğuları Kompleksi"nin 100 ilik yubileyinə hazırlıq işləri davam etdirilir
Tarix: 2016-12-09

   

2017-ci ildə “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin 100 illiyi ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətində yubileyə hazırlıq işləri davam etdirilir. Tədbirlər Planına uyğun olaraq Şollar-Bakı Su Qurğuları Kompleksinin  obyekt və qurğularında əsaslı-təmir, yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri aparılır.

Görülmüş işlərin gedişi ilə tanış olmaq məqsədilə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Siyəzən, Şabran və Xaçmaz rayonlarında olmuş, kəmərin marşrutu boyu qurğu və obyektlərə, həmçinin su mənbəyinə baxış keçirmişdir. Səhmdar Cəmiyyətin sədrinə Şollar su mənbəyində, eləcə də magistral su xəttinin keçdiyi ərazilərdə layihə çərçivəsində görülmüş işlər barədə məlumat verilmişdir.

                                    

“Şollar-Bakı Su Qurğuları Kompleksi”ndə həyata keçirilən layihə çərçivəsində su mənbəyində abadlıq işləri aparılmışdır. Burada  yeni mühafizə postları tikilmiş, ərazidəki  tikili və qurğular qədimliyi qorunmaq şərti ilə əsaslı təmir olunmuşdur. Ümumilikdə kəmərin marşrutu boyu dukerlər, baxış quyuları,  aralıq suqəbuledici kameraları tarixi arxitektura əsasında təmir olunmuş, mühafizə postları tikilmişdir. Hazırda su mənbəyində və kəmərin marşrut boyu keçdiyi ərazilərdə təmir-bərpa, abadlıq və yaşıllaşdırma işləri davam etdirilir.

“Azərsu” ASC-nin sədri bu istiqamətdə işlərin sürətləndirilməsi ilə bağlı tapşırıqlarını vermişdir.

Qeyd edək ki, Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan bu kəmər Bakı şəhərini içməli su təchizatı üçün çəkilmiş ilk magistral su xəttidir. Kəmər ingilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında 1911-1917-ci illərdə tikilmişdir. Su kəməri artezian üsulu ilə qazılmış 24 quyunun, eləcə də lay və bulaq sularından qidalanır. 1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib.

 

   
   
Sorğu
955 Qaynar xətt xidmətinin fəaliyyəti sizi qane edirmi?
Tam Qismən Qane etmir