Facebook Twitter Instagram Youtube Google+
   
ELEKTRON XİDMƏTLƏR

 

Su borcunun internet vasitəsilə öyrənilməsi

Bu xidmət vasitəsilə bütün abonentlər internet vasitəsilə su borclarını öyrənə bilərlər. Xidmətdən istifadə etmək üçün sistemə abonent kodu və abonent tipi daxil olunmaqla sorğu verilir. Bu zaman həmin abonentə aid su borcu,sayğac nomrəsi, sayğacın son göstəricisi və son göstərici oxunma tarixini özundə ehtiva edən məlumat verilir.

Xidmətin reqlamenti
Xidmətin linki
 
Su borcunun internet vasitəsilə ödənilməsi

Bu xidmət vasitəsilə bütün abonentlər internet vasitəsilə su borclarını ödəyə bilərlər. Xidmətdən istifadə etmək üçün yalnız abonent kodu tələb olunur. Xidmət Azərbaycan Respublikası Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşmiş İnformasiya Sistemləri (HÖP) və “GoldenPay” MMC ilə birgə həyata keçirilir və tam avtomatlaşdırılmışdır. Xidmətdən aşağıdakı saytlar vasitəsilə də istifadə etmək olar.

Xidmətin reqlamenti
Xidmətin linki (www.gpp.az)
Xidmətin linki (www.hesab.az)
 
Su borcunun terminallar vasitəsilə ödənilməsi

Bu xidmət vasitəsilə bütün abonentlər “MilliÖn” və "e-manat" ödəmə terminalları vasitəsilə su borclarını ödəyə bilərlər. Xidmət “Komtec” LTD ilə birgə həyata keçirilir.

Xidmətin reqlamenti
 
Abonent məlumatlarının dəyişdirilməsi

Bu xidmət vasitəsilə əhali qrupu (mənzil, fərdi yaşayış və bağ evləri) üzrə istehlakçılar abonent məlumatlarının dəyişdirilməsi üçün internet vasitəsilə müraciət edə bilərlər. Xidmətdən istifadə etmək üçün sistemə abonent kodu daxil edilməklə sorğu verilir. İstifadəçi müvafiq təsdiqedici sənədləri təqdim edərək dəyişdirilməsini nəzərdə tutduğu məlumatları daxil etdikdə müraciət qeydiyyata alınır.

Xidmətin reqlamenti
Xidmətin linki
 
I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması müraciəti

I qrup istehlakçılar: istehsal, xidmət və ticarət məqsədləri üçün istifadə olunmayan fərdi qarajlar, təsərrüfat tikililəri, fərdi yaşayış evləri, bağ və həyətyanı sahələr.
Xidmətdən istifadə etmək üçün Elektron Hökümət Portalında qeydiyyatdan keçmək gərəkdir.

Xidmətin reqlamenti
Xidmətin linki
 
"Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"nə dair abonentə aid məlumatların verilməsi xidməti

Bu xidmət vasitəsi ilə abonentlər onlara aid abonent məlumatlarını görə bilərlər. Xidmətdən istifadə etmək üçün heç bir əlavə əməliyyat tələb olunmur. Portal üzərindən qeydiyyatdan keçdikdən sonra sistem aktiv istifadəçinin FİN kodundan istifdə edərək ona aid olan məlumatları göstərir.

Xidmətin reqlamenti
Xidmətin linki
 
"Su təchizatı və tullantı sularının axıdılması xidmətləri"ndən istifadəyə görə borcun olmaması haqqında arayış

"Bir qrup istehlakçılar tərəfindən Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayışın alınması" elektron xidməti əhali qrupu üzrə istehlakçıların internet üzərindən borcun olmaması haqqında arayışın alınması əməliyyatını həyata keçirməyə imkan yaradır.

Xidmətin reqlamenti
Xidmətin linki
 
Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti

"Su sayğaclarının təmiri və yaxud nasaz sayğacların dəyişdirilməsi müraciəti"elektron xidməti əhali və ya qeyri-əhali qrupu üzrə istehlakçıların internet üzərindən sayğacın nasaz olduğu barədə müraciət göndərməsinə imkan yaradır.

Xidmətin reqlamenti
Xidmətin linki
   
   
Sorğu
955 Qaynar xətt xidmətinin fəaliyyəti sizi qane edirmi?
Tam Qismən Qane etmir